Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2018
12:20
2023
`Qəbələ` İlqar Qurbanova görə cəzalandırıldı

AFFA İntizam Komitəsinin bugünkü iclasında 2018-2019 mövsümünün son oyunu olan Azərbaycan Kubokunun final matçında baş verənlərə baxılıb. 

"FaktXəbər"in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 28-də üz-üzə gəlmiş "Keşlə" və "Qəbələ" klubları cəzalara məruz qalıb. Paytaxt təmsilçisi 5 futbolçusunun sarı vərəqə alması üzündən 800 manat cərimələnib. 

Oyunun 88-ci dəqiqəsində “Qəbələ” klubunun 18 №-li futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 38.1).

Oyunun 55-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).

Oyunun90+3-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

Məqalədə : AFFA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 13:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com