Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2018
11:12
3653
ORUC TUTANLAR ÜÇÜN: Pomidor suyu 8 saat ərzində toxluq hissi verir

Türkiyəli professor Oğuz Özyaral oruc tutan insanların mümkün qədər bədənin su ehtiyacını təmin edəcək yeməklər istehlak edilməsi lazım olduğunu söyləyib.

FaktXəbər-in məlumatına görə, pomidorun bir çox faydasının olduğuna işarə edən Dr.Özyaral, "pomidor illərlə dərman kimi də istifadə edilib. Bu gün bu tərəvəzi suplarda, salatlarda, yeməklərdə və meyvə suyu kimi istifadə edirik. Pomidor suyu tərəvəzin ən qidalandırıcı xüsusiyyətidir və sağlamlıq üçün bir çox faydası var. Pomidorda olan likopen güclü antioksidantdır, xərçəng də daxil olmaqla bir sıra xəstəliyin qarşısını alır. Həmçinin 8 saat ərzində toxluq hissi yaradır. Xüsusilə oruc tutan insanlar üçün pomidor suyunun böyük faydası var. Obaşdan pomidor suyu istehlak edilməlidir", - deyə bildirib.

Pomidorun qabığı soyulmamalıdır

Dr.Özyaral pomidorların istifadəsi ilə biyoyararlanmaların artdığına da işarə edərək, belə davam edib:

"Yəni tomatı, suyu, püresi, soyutması, ya da közlənmiş halı ilə də pomidorun likopen sıxlığı təxminən dörd dəfə arta bilər. Bu da pomidor suyunun təzə pomidorlardan daha yaxşı likopen mənbəyi olduğu mənasına gəlir. Likopen pomidorun qabığında yerləşir. Buna görə də pomidor yeyilərkən qabıqları heç vaxt atılmamalıdır".

Pomidorun həzm sistemini möhkəmləndirdiyini vurğulayan Dr.Özyaral, "tərkibindəki zəngin lif  öd istehsalını normalaşdıraraq qəbizlik, əzələ ağrısı və hədsiz şişkinlik kimi problemləri aradan qaldırır", - deyə bildirib.

Pomidor suyu necə hazırlanır?

Pomidor suyunun hazırlanması ilə bağlı məlumat verən Dr.Özyaral belə danışıb:

"6-8 böyük pomidor, 2 kərəviz özəyi, 1 orta böyüklükdə baş soğan, təzə qırmızı soğanı, 6-7 ədəd təzə sarımsaq və ya 4-5 diş sarımsaq, 2 ədəd qırmızı bibər, 1 desert qaşığı acı qırmızı pul bibər, 1 desert qaşığı sumaq, 2 yemək qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 1 çay qaşığı təzə çəkilmiş istiot. Əvvəl bütün məhsullar kiçik parçalar halında doğranır və blenderlə yaxşıca qarışdırılır. Bu qarışıq qazana tökülərək içərisinə ədviyyat əlavə olunur. Daha sonra asta-asta qarışdırılaraq orta odda 20 dəqiqə bişirilir. Qarışıq şorba konsistensiya gələndə ocaqdan endirilir. Soyuduqdan sonra mikserlə yaxşıca püre halına gələnə qədər qarışdırılır".

Məqalədə : Ramazan ayı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
194

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
226

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
196

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
192

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
224

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
222

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
231

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
345

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
355

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
348
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2019 01:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru