Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2018
10:47
DİM işçi axtarır

Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edib.

DİM-dən verilən məlumata görə, işə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyalarına test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, tərtibinin təşkili, test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası, ekspertizasının təşkili, yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi, qiymətləndirilməsinin təşkili daxildir. 

Mütəxəssislər aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

- Azərbaycan dili;

- rus dili;

- riyaziyyat;

- fizika;

- tarix;

- kimya;

- biologiya;

- coğrafiya;

- informatika;

- xarici dil (ingilis, rus, alman, fransız).

Azərbaycan dilini mükəmməl bilməlidir;

Yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır;

Microsoft Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika ixtisaslı mütəxəssislər rus dilini yaxşı bilməlidir;

Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə və ixtisası üzrə rus dilinə tərcümə etməyi bacaranlara üstünlük verilir. İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.araqlanan şəxslər CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2018-ci il iyun ayının 30-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərə bilərlər. 

Məqalədə : DİM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
135

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
386

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
235

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
254

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
268

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
463
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 18:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru