Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2018
20:46
Şəhidimizin medalı ailəsinə təqdim olunub - FOTO-VİDEO

Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçusu Yüzbəyov Əmrah Aydın oğlunun təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı bu gün ailəsinə təqdim edilib.

Tədbirdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları 2016-cı il mayın 3-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Ə.Yüzbəyovun həyat yolundan, onun qəhrəmanlığından danışıblar. Daha sonra şəhidin layiq görüldüyü medal atası Aydın Yüzbəyova təqdim olunub.

Xatırladaq ki, Ə.Yüzbəyov 1997-ci ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Sumqayıt şəhərində kollecdə davam etdirib. 2015-ci ildə hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel ayında erməni işğalçılarının hücumunun dəf edilməsində və Talış kəndi ətrafındakı yüksəkliklərin düşməndən azad olunmasında iştirak edib. 2016-cı il mayın 3-də erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən şəhid olub.

FaktXəbər olaraq 2017-ci ildə şəhidin ailəsindən hazırladığımız reportajı yenidən oxucularımıza təqdim edirik.

Son statusunda şəhid olacağını yazan əsgər - Yüzbəyov Əmrah

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əmrah Yüzbəyov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 16:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com