Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2018
11:05
`Qarabağ`ın potensial rəqibləri müəyyənləşib

"Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. 

Azərbaycan təmsilçisi iyunun 19-da keçiriləcək püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq. "Səpələnməmişlər" səbətində isə bu komandalar olacaq:

"Şkendiya" (Makedoniya), "Olimpiya" (Lyublyana, Sloveniya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Valletta" (Malta), "Vikinqur" (Farer adaları), "Kruzayders" (Şimali İrlandiya), "Alaşkert" (Ermənistan), "Sutyeska" (Monteneqro), "Suduva" (Litva), "Kork Siti" (İrlandiya), "Spartak" (Yurmala, Latviya), "Valür" (İslandiya), "Flora" (Estoniya), "Torpedo" (Kutaisi, Gürcüstan) və ilkin mərhələnin qalibi. 

İlkin mərhələdə "Linkoln" (Cəbəllütariq), "Santa-Koloma" (Andorra), "La Florita" (San Marino) və "Drita" (Kosovo) komandaları arasında mini-turnir keçiriləcək və qalib I təsnifat mərhələsinə yüksələcək. 

UEFA Azərbaycan və Ermənistan komandalarının bir-birilərinə rəqib olmalarına icazə vermədiyindən, "Qarabağ"a "Alaşkert" istisna olmaqla, "səpələnməmişlər" səbətindəki istənilən komanda rəqib ola bilər. 

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 15:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com