Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2018
09:33
2880
Sərkisyan Britaniya şahzadəsi Çarlza bağ hədiyyə edib

Ermənistan prezidenti Armen Sarkisyan Britaniya şahzadəsi Çarlza respublika ərazisində bağ hədiyyə edib. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə Sərkisyanın özü bəyan edib.

«Ermənistanın böyük dostu Şahzadə Çarlz 2010-cu ildə təşəbbüsünü irəli sürdüyüm «İrəvan – mənim məhəbbətim» layihəsinə kömək edir. O, Ermənistan memarlığının tarixini əla bilir və bura gəlmişdi ki, (2013-cü ilin mayında) Ermənistanı görsün. Dostluqdan əlavə yeganə (maddi) dəyər mənim ailəmə, oğullarıma və onların oğullarına məxsus bu bağdır ki, ona hədiyyə etdim», - deyə prezient bildirib.

Onun sözlərini görə, bu, Ermənistanda çox kiçik bir bağdır. «Onun harda olduğunu isə deməyəcəm», - deyə o, bildirib.

Yeri gəlmişkən onu qeyd edək ki, qulaq aparatının istehsalı ilə məşğul olan  «Starkey» kompaniyasının xeyriyyə proqramı çərçivəsində bir neçə gün öncə Ermənistana səfər edən britaniyalı müğənni Elton Con baş nazir Nikol Paşinyan və prezident Armen Sərkisyanla restoranda şam etmişdi.

Məqalədə : Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2018 15:05



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com