Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2018
11:24
Qaret Beyl `Real Madrid`i çempion etdi - VİDEO

Kiyevin "Olimpiya" stadionunda "Real Madrid" və "Liverpul" arasında keçirilən Çempionlar Liqasının finalı İspan Kral klubunin qələbəsi ilə başa çatdı.

Qarşılaşmanın ilk yarısı qolsuz sona çatdı. Fasilədən sonra, qapıçı səhvindən istifadə edərək, Karim Benzema hesabı açdı (1:0). Dörd dəqiqə sonra Sadio Mane hesabı bərabərləşdirdi (1:1). 64-cü dəqiqədə Qaret Beyl Liverpulun qapısına gözəl bir qol vuraraq yenidən kral klubunu önə çıxardı (2:1). Oyunun bitməsinə bir neçə dəqiqə qalmış Qaret Beyl 27 metrdən ingilis klubunun qapıçısını yenidən məyus etdi və qarşılaşmanın yekun hesabını müəyyənləşdirdi.

Beləliklə, Real Madrid futbol üzrə Avropanın ən prestijli klub turnirinin qalibi oldu.

Qeyd edək ki, Real Madrid ümumilikdə 13-cü dəfə və ardıcıl olaraq 3 dəfə kuboku qazanır və bu Çempionlar Liqasının tarixində mütləq rekord sayılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 03:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com