Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2018
17:20
2964
“Palmali Holdinq” LUKOİL-dən 2 mlrd. dollar təzminat tələb edir

“LUKOİL-lə “Palmali Holdinq” arasındakı məsələ sırf kommersiya məsələsidir”. FaktXəbər bildirir ki, bunu Rusiyanln LUKOİL şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

LUKOİL-lə “Palmali” arasındakı məhkəmə çəkişməsini şərh edən Vahid Ələkbərov qeyd edib ki, bu sırf kommersiya məsələsidir: “Mən bu məsələni şərh etməzdim. Çünki, məsələnin detallarını yaxşı bilmirəm”.

"Palmali Holding" "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verib. "Palmali"nin London Arbitraj Məhkəməsində qaldırdığı iddiada qeyd edilib ki, "Litasco" Xəzər dənizində daşımaçılıqla bağlı razılaşmanın şərtlərini pozub. "Palmali" "Litasco"dan 2 mlrd. dollarlıq təzminat tələb edir.

"Lukoil" və "Palmali Denizçilik" 2017-ci ilin aprel ayında neft və neft məhsullarının 10 illik daşımasını həyata keçirmək üçün müqavilə imzalayıblar.//apa

Məqalədə : Lukoil 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 07:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com