Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2018
13:14
Siqareti tərgitməyin effektiv üsulu açıqlanıb

Skot Halperin (Scott Halpern) rəhbərliyi altında Pensilvaniya Universitetinin alimləri müəyyənləşdirib ki, siqaret vərdişindən xilas olmaq üçün elektron siqaret kömək etmir. Məlum olub ki, pul təşviq edilməsi tütün məhsullarını tərkizmək üçün ən effektiv üsul sayılır.

FaktXəbər-in məlumatına görə, "New England Journal of Medicine" jurnalında dərc edilmiş araşdırmada qeyd olunur ki, 6 min siqaret istifadəçisi bir neçə qrupa bölünərək pis vərdişdən xilas olmaq üçün üzərlərinddı sınaq aparılmasına razılıq veriblər.
 
Birinci qrupa sağlam həyat tərzi haqqında məlumatlar təqdim olunaraq təzyiq göstərilib. İkinci qrupa nikotin plastırlar və əczaçılıq preparatları verilib. Üçüncü qrup elektron siqaretlə təmin olunub. Son iki qrupa isə nikotin plastırlar və digər üsullardan istifadə etməklə yanaşı 600 dollar da mükafat təyin olunub. Hər bir qrupun iştirakçıları 6 ay müddətində siqaret məhsullarından imtina etməli idilər.

Araşdırmanın sonunda məlum olub ki, adi yardım təklif olunan qrupdan yalnız 0,1 faiz siqareti tərkizib. Digər qruplar üçün göstərici 0,5-3 faiz təşkil edib. Ən yaxşı göstərici isə pul mükafatı təyin olunan qrupda müşahidə edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : siqaret 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 03:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com