Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2018
12:20
AXC-nin 100 ili münasibəti ilə Türkiyədə xatirə pulu buraxılıb - FOTO

Bir neçə gündən sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ilini qeyd edəcəyik.

FaktXəbər-in məlumatına görə, müsəlman Şərqində qurulan ilk respublika məhz Azərbaycan Xalq Cümhuriyyəti olub. AXC 28 may 1918-ci ildə Tiflisdə yaradılıb.

Qafqaz İslam Ordusunun dəstəyi ilə 15 sentyabr 1918-ci il tarixində paytaxt Bakı işğalçılardan təmizləndi və hökumət burada işlərini davam etdirdi. 1919-ci ildə ilk pulunu buraxan AXC 1920-ci ilin yanvarında Birləşmiş Millətlər Cəmiyyəti tərəfindən tanınıb.

Cümhuriyyətin 100-cü il dönümü münasibəti ilə Türkiyə Nazirlər Kabinetinin Xəzinə Müşavirliyi 20 lirəlik nominalda xatirə pulu buraxıb.

FaktXəbər-in məlumatına görə, xatirə pulu müşavirlik tərəfindən satışa çıxarılıb. 1 ədədinin qiyməti 125 TL (45 AZN) olan xatirə pulu 925 əyarlı gümüşdən hazırlanıb və 2000 ədə buraxılıb. Diametri 35.61 mm, ağırlığı 31 qramdır. Xatirə pulu 18 may 2020-ci ilin mayına kimi tədavüldə olacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : gümüş pul AXC 100 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 14:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com