Sabahdan ov mövsümü açıq elan olunur

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2018
11:36
3223
Sabahdan ov mövsümü açıq elan olunur

Azərbaycanda sabahdan, mayın 26-dan ov mövsümü açıq elan olunur.

FaktXəbər bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mövsüm 2019-cu ilin mart ayının 16-na qədər davam edəcək: "Ovçuluğa şənbə və bazar günlərində icazə veriləcək. Ovçular ovçuluq təsərrüfatı sahələri və nazirliyin müəyyən etdiyi ərazilərdə ov edə bilərlər. Qanunvericilikdə xarici vətəndaşların da ov etməsinə icazə verilir. Ancaq xarici ovçu da qanunlara əməl etməlidir. Biz çalışacağıq ki, xarici vətəndaşlarla işləyən şirkətlər onların maariflənməsini təşkil etsinlər".

Direktor müavini qeyd edib ki, yerli və xarici vətəndaşlar üçün rüsum eynidir: "Xarici ovçular daha çox qaban ovu və çöl quşlarının ovuna üstünlük verirlər".(Report)

Məqalədə : ov mövsümü 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 01:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com