Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2018
10:24
Rusiyada rəssam öz qonşularını girov götürdü: Əməliyyatdan görüntülər

Rusiya paytaxtında silahlı şəxs 3 nəfərdən ibarət bütöv bir ailəni – ata, anna və uşağı girov götürüb. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, girovları qonşuluqda yaşayan rəssam götürüb. Onun oğlu ilə ev üstündə münaqişəsi yaşanıb və o, belə bir addıma qərar verib. 

Bildirilir ki, girov götürən şəxs hüquqmühafizəçilərə belə deyirmiş:

- Məndə girovlar var, (oğlum ilə mübahisədə – red.) mənim zərərimə qərar verən zabit gəlməyənə qədər mən onları saxlayacam. Ona sadəcə iki sual verəcəm: O, düz cavab verməyənə və cavabı  sosial şəbəkədə öz səhifəsində dərc etməyənə kimi mən müdafiəni saxlayacağam.

Son məlumatlara görə, rəssam girovlardan birini – ailə başçısını öldürüb, sonra isə özünü doğramağa çalışıb. 

Nəticədə hüquqmühafizə orqanları əməliyyat keçiriblər. 

Hazırda kişi xəstəxanadadır. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb. 



Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : girov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 00:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com