Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2018
08:45
İbrahim Şehiç `Qarabağ`dan niyə gedir? - SƏBƏB

Xəbər verdiyimiz kimi, “Qarabağ” futbol klubunu 9 futbolçu tərk edib. Onların arasında qapıçı İbrahim Şehiç də var.

FaktXəbər-in məlumatına görə, Şehiçin komandanı tərk etməsilə bağlı Rəşad Sadıqov “Report”a verdiyi müsahibədə deyib:

“Bu, Şehiçə gələn təkliflə bağlıdır. Sadəcə, artıq rəqabət aparmaq da olmur. "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib. Çempionlar Liqasında çıxış etdiklərindən, hamıya təkliflər var. Pul söhbəti deyil. Hamısı gözüyaşlı gedir. Deyirlər ki, getmək, ayrılmaq istəmirik, amma bu da həyatımızın şansıdır. Bu cür komandadan, belə ölkələrdən təklif gəlir. Heç birini qınamaq olmur. Çünki elə təkliflər gəlir ki, "yox" demək olmur. Özünüz də onun necə kluba gedəcəyini görəcəksiniz”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 14:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com