Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2018
14:28
Nazir 10-11-ci siniflərə İRAD BİLDİRDİ

“Respublika fənn olimpiadalarında iştirak edən şagirdlərimizin ali məktəblərə imtahan zamanı göstərdiyi nəticələr bizdə var. Onların qəbul imtahanında olan nəticələri ilə olimpiadada iştirak etdikləri fənnlər üzrə elə də böyük fərq yoxdur”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, aşağı nəticə coğrafiya fənnindən qalib gələn şagirdlərdə müşahidə olunur ki, onların da topladığı orta bal 648-dir.

“Riyaziyyatdan qalib olan şagirdlərin topladığı orta bal isə 686-dır. Bu bir daha onu sübut edir ki, orta səviyyəli istedada malik olan şagird respublika fənn olimpiadasında yer qazana bilməz. Bu, mümkün deyil.

Bu şagirdlər 8-ci sinifdən olimpiadalarda iştirak edirlər. Burada müşahidə edirik ki, onlar 10-11-ci sinifə çatanda olimpiadalara üz tutmurlar.

Çünki respublika fənn olimpiadasının fərqli proqramı var və buna xüsusi hazırlaşmaq lazımdır. Onlar da qəbul imtahanlarına görə hazırlıqlara getdiklərindən, bu istiqamətdə hazırlaşmırlar”.(Modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ceyhun Bayramov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 11:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com