Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2018
11:31
3531
ABŞ ilk dəfə `S-400`lərdən qorxduğunu etiraf etdi

Birləşmiş Ştatların hava qüvvələri naziri Heather Uilson Rusiyanın "S-400" zenit-raket kompleksindən qorxduğunu ilk dəfə dilə gətirib. FaktXəbər-in "Newsweek"ə istinadən verdiyi məlumata görə, o, bildirib ki, Rusiya ilə müharibə şəraitində yeni "Northrop Grumman E-8" nəzarət və idarəetmə təyyarələri ilə "JSTARS" radarları müharibənin ilk günü "S-400"lər tərəfindən vurulacaq.

Amerikalı general etiraf edib ki, bu təyyarələr modernləşmədən sonra da Rusiya texnologiyaları üçün asan vurula biləcək hədəf olacaq.

ABŞ Senatının hərbi hava qüvvələrinin məsələləri üzrə komitəsində çıxış edən Uilson deyib ki, "JSTARS" sistemi ilə təchiz edilən təyyarə müharibə şəraitində zərərsizləşdiriləcək: "Rusiya və Çinin raketləri uzun mənzilə sahibdir və təyyarəmiz müharibənin ilk günündə vurulacaq".
 
Uilson yeni "JSTARS" platformasınınnın genişləndirilməsi üçün təxminən 7 milyard dollara ehtiyac olduğunu da əlavə edib.

Qəzet qeyd edək ki, Rusiya hərbi sənayesinin məhsulu olan "S-400" raketləri istənilən hədəfi müəyyən edərək dərhal məhv etmək bacarığına malikdir. Qırıcı, "Awacs" kimi ən müasir kəşfiyyat təyyarəsi, ballistik və qanadlı raketlər, hətta gözəgörünməz bombardmançı olsa belə "S-400"ün hədəfindən yayına bilmir.

Məqalədə : S-400 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 07:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com