Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2018
11:21
Lənkəranın təhsil müdiri direktorun polisə verdiyi müəllimi DƏSTƏKLƏDİ

Sosial fəaliyyəti ilə məşhurlaşan Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi Həbib Əlizadə həmin məktəbin direktoru Ziyafəddin Cavadov tərəfindən polisə şikayət edilib.

Səbəb kimi müəllimin şagirdləri Bakıya ekskursiyaya aparmaq istəyi göstərilib.

Müəllim şagirdləri gəzintiyə aparmaq istədiyi halda, direktor tərəfindən polisə şikayət edilməsi nə dərəcədə doğrudur?

Modern.az Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimovla əlaqə saxlayaraq, suala cavab istəyib.

“Həbib müəllimə şərait yaradılacaq və şagirdləri Bakı şəhərinə aparacaq. Məktəbin direktoru Ziyafəddin Cavadov və müəllim Həbib Əlizadə  arasında yaranan yüngülvarı problem uşaqların təhlükəsizliyi üstündə yaranıb. Direktor 30 uşağın kənddən çıxarılması, gün ərzində 3 dəfə qidalanması, nəqliyyat məsələlərində problem yaranması kimi məsələlərdən ehtiyat edib. Artıq problem həll olunub”.

Aslan İbrahimov həm müəllimi, həm də direktoru dəstəklədiklərini bildirib.

“Təhsil şöbəsinin müdiri olaraq həm müəllimə, həm də direktora dəstək veririk. Biz təhsilmizin, qabaqcıl müəllimin arxasındayıq. Direktor Ziyafəddin Cavadov 2 il bundan qabaq direktorların imtahanında iştirak edərək 60 mümkün baldan 51 bal toplayıb. Hər ikisi savadlı gənclərdir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
564

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
396

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
349

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
322

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
317

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 21:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru