Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2018
10:40
Pompeo AB-yə `Şimal axını-2` əvəzinə Qafqazdan kəmər çəkməyi təklif edir

ABŞ Dövlət Katibi Mayk Pompeo "Şimal axını-2" layihəsi ilə  Avropaya qaz verilişinə  imkan verməmə planlarından danışıb. FaktXeber.com-un Lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Nümayəndələr Palatasının  xarici məsələlər üzrə komitəsinin YouTube kanalında dərc olunub.

Qeyd edək ki, bu kəmərlə Ukrayna ərazisindən olan marşrutlardan yan keçməklə, Rusiyadan birbaşa Almaniyaya təbii qaz nəql olunmalıdır. 

Amerika diplomatiyasının rəhbəri iddia edir ki, enerji resurslarının təchizi ilə əlaqədar olaraq AB praktiki olaraq  Moskvaya qarşı gələ bilmir və ABŞ Köhnə dünya  ölkələrinə digər qaz mənbələrini, o cümlədən Qafqazdan keçməklə həyata keçirilə bilən layihələri göstərməyi özünə borc bilir.

""Şimal-Axını-2"nin işə düşməməsi üçün təzyiqlər göstərməliyik. Biz AB-nin Rusiya qazından daha çox asılı olmasına imkan verməməliyik. Rusiyanın öz hədəflərinə bu asılılığa görə çatması variantına imkan verə bilmərik", - deyə Pompeo bildirib.

Qeyd edək ki, mayın 18-də  Rusiya prezidenti Aladimir Putin Rusiyanın hər zaman  bu qaz kəmərinə istisnasız iqtisadi layihə kimi baxdığını bildirərək, layihəni siyasiləşdirməməyə çağırmışdı.

Dəyəri 9,5 milyard dollar ətrafında olması gözlənilən "Şimal Axını- 2" layihəsi ilə ildə 55 milyard kubmetr rus qazının Baltik dənizi üzərindən Almaniyaya daşınması planlaşdırılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şimal axını 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 14:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com