İlahiyyat İnstitutuna rektor təyinatı olacaq - RƏSMİ

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2018
10:29
2710
İlahiyyat İnstitutuna rektor təyinatı olacaq - RƏSMİ

"Bu yaxınlarda İlahiyyat İnstitutuna rektor təyin olunacaq".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, artıq institutuna bina da ayrılıb:  "Bina Bakı metropoliteninin "20 Yanvar" stansiyası ətrafında yerləşir."Nizamnamə təsdiq üçün hökumətə təqdim edilib. Bütün işlər görülüb".

Dövlət Komitəsinin sədri bildirib ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək: "Orada çalışan müəllimlər də İlahiyyat İnstitutunda fəaliyyət göstərəcəklər. Gələcəkdə institut üçün şəhərdən kənarda kampusun inşası nəzərə tutulur".

M.Qurbanlı vurğulayıb ki, İlahiyyat İnstitutunu bitirən məzunlar Azərbaycanın məscidlərinə təyinat alacaqlar.

Məqalədə : İlahiyyat İnstitutu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 12:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com