Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2018
10:06
5565
200 manatlığın müsbət və mənfi tərəfləri - İqtisadçı DANIŞDI

Mərkəzi Bank tərəfindən yeni 200 manatlıq əskinas dövriyyəyə buraxılır. 

İqtisadçı Vüqar Bayramov rəsmi açıqlamalara istinadən FaktXəbər-ə iri nominallı əskinasın dövriyyə buraxılmasının müsbət və mənfi tərəflərini açıqlayıb. O bildirib ki, yeni əskinaslar tədavül prosesinin asanlaşmasına və yığımların optimallaşdırılmasına səbəb olacaq.

V.Bayramov həmçinin bildirib ki, iri nominallı əskinasın dövriyyəyə buraxılmasının bir sıra çatışmazlıqları da var:

“Aydındır ki, ölkəmiz bu məsələdə 500 avro əskinası olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq bizimlə müqayisədə xeyli yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır. Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əskinaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əskinasların üzərində rəqəmləri artırmağa tələsmir”.

Ekspert bildirib ki, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq:

“Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əskinaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək.

Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əskinasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əskinasların sayını artırması daha məqsədəuyğun olardı”.

Məqalədə : 200 manat 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 21:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com