Bakıda ərəb turistlərinin sayı azalıb – Səbəb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2018
09:55
3225
Bakıda ərəb turistlərinin sayı azalıb – Səbəb

Son vaxtlar paytaxt Bakıda ərəb turistlərin sayının azaldığını müşahidə edirik. Əgər bir müddət bundan əvvəl Bakının mərkəzi küçələrində, iaşə obyektlərində, mağazalarda addımbaşı qarşımıza ərəb turistləri çıxırdısa, indi çox az hallarda onlarla qarşılaşırıq.

Statistikaya əsasən təkcə bu ilin birinci rübündə ölkəmizə gələn əcnəbi turistləri arasında Körfəz ölkələrindən gələnlərin sayı daha çoxdur. Məsələn, ötən ilin yanvar-mart ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 7,1 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı hər biri üzrə 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,4 dəfə, Oman vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb. İrandan gələnlərin sayında isə 6,4 faiz azalma müşahidə edilib.

Bəs hazırda Bakıda ərəb turistlərin sayı niyə azalıb?

Bəziləri bunu müqəddəs Ramazan ayının gəlişi ilə əlaqələndirir. Azərbayjan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov açıqlamasında məsələyə bu cür şərh bildirib:

“Məlum olduğu kimi orucluq ayında aktiv səyahət etmək o qədər də sərfəli deyil, xüsusən də kim oruc tutursa. Əsas səbəb demək olar ki, budur. Ramazan ayı bitdikdən sonra yenidən ölkəmizə ərəb turistləri axın edəcək. Qeyd edim ki, onlar daha çox regionlara üz tutacaq. Çünki artıq regionlarda bununla bağlı bütün şərait var. Ərəb turistləri daha çox Qəbələyə, Qusara, Şəkiyə səyahət etməyi sevir.

Təbii ki, turistlərin bu cür dalğavari gəlib-getməsi hər zaman müşahidə olunub. Bu cür hallar rus turistləri arasında da müşahidə edilir. Məsələn, yay mövsümündə Rusiyadan gələn turistlərin sayı daha çox olacaq. Əgər yaz-payız aylarında mədəni, məsələn səyahət, ekskursiyalarla bağlı turist axını olursa, iyul-avqust aylarında əsasən Nabran, Abşeron zonasında istirahətə üstünlük verilir. Rus turistləri bu dəfə artacaq. Çünki əvvəllər rus turistləri Misirə və digər Şərq ölkələrinə gedirdilərsə, məlum hadisələrə görə ölkəmizi seçirlər. Azərbaycan stabil ölkə olduğu üçün onları cəlb edir. Ən əsası isə xalqımız çox qonaqpərvərdir, bu da hər xalqın xüsusiyyətində yoxdur. Turistlər də bunu hiss edir, öz müsahibələrində də qeyd edirlər ki, xalqımızdan mehriban münasibət gördüyündən yenidən ölkəmizə gəlirlər".

Bununla bərabər, Müzəffər Ağakərimov qeyd edib ki, turizm sahəsində, hotel biznesində hələ də müəyyən problemlər var:

“Əvvəllər 100 hotel var idisə, indi onların sayı 600-dür. Eləcə də turizm şirkətlərinin sayında dəfələrlə artım var. Lakin kadrların sayı artdıqca, onların keyfiyyət göstəricilərinə də diqqət edilməlidir”.(Yeni Müsavat)

Məqalədə : Ərəb turistlər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 16:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com