Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2018
09:49
Ayətullah Xamenei: ABŞ-ın planları Tom və Cerri cizgi filmini xatırladır

“Avropalılar  bizim bu istəklərimiz qarşısında  səhlənkarlıq etsələr İran nüvə fəaliyyətlərini başlamaq hüququnu özündə saxlayır”.

FaktXəbər-in İran mediasına istinadən məlumatına görə, bunu Ali Lider Ayətullah Seyid Əli Xamenei Ramazan ayının 7-ci günü münasibəti ilə dövlət işçiləri, siyasətçilər və ictimaiyyət nümayəndələri ilə görüşdə deyib.

"İslam İnqilabından bu günə kimi ABŞ hər növ düşmənçilik addımlarını ataraq, İslam Respublikasına zərər vurmağa çalışıb. Hər cür siyasi, iqtisadi, hərbi və təxribat xarakterli planlar həyata keçirib İslam Respublikası üçün. Bütün bu fəaliyyətlər İranın devrilməsi üçün həyata keçirilib və yeni heç nə yoxdur, daim təkrarlanır.

Siz İslam Respublikasının 40 il əvvəlki dövrü ilə indini müqayisə etsəniz görərsiniz ki, müxtəlif sahələr üzrə inkişaf var. Bu onu göstərir ki, onların bütün planları uğursuzluğa düçar olub. Eyni ilə məşhur Tom və Cerri cizgi filmindəki Tomun planları kimi. Onlar gələcəkdə də uğrusuz olacaqlar. Biz düşmənin məğlubiyyətinə şübhə etmirik; İslami təfəkkür ilə tanış olan hər kəs bunu bilir.

ABŞ-ın indiki prezidenti özündən əvvəlkilərdən Buşdan, Reyqandan daha gücü ola bilməz; o da tarixdə itəcək", - deyə Ayətullah Xamenei bildirib.

Ayətullah Xamenei  nüvə proqramına dair  Hərtərəfli Birgə Fəaliyyət Planının Avropa ölkələri ilə icrasının davam etdirilməsi üçün bir neçə şərt irəli sürüb: “Üç Avropa ölkəsi  2004-2005-ci illərdə nüvə müzakirələrində öhdəliklərindən boyun qaçırdı və yerinə yetirmədi.  Bu gün onlar  boyun qaçırmanı və sədaqətsizliklərini yenidən etməyəcəklərini sübut etməlidirlər.  Ötən iki il ərzində ABŞ  dəfələrlə nüvə sazişini pozub və Avropalılar sakit qalıb. Avropa həmin sükutu pozmalı və kompensasiya etməlidir. ABŞ 2231 nömrəli qətnaməni pozub. Avropa  ABŞ-ın bu qanunsuzluğuna qarşı  bir qətnamə qəbul etməlidir. Avropa öhdəlik götürməlidir ki, İslam Respublikasının regiondakı fəaliyyətlərini və raket məsələsini  gündəmə gətirməyəcək.  Avropa İslam Respublikasına qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır və ABŞ-ın sanksiyası qarşısında açıq aşkar durmalıdır.  Avropa İranın neft satışına zəmanət verməlidir.  Avropa bankları  İslam Respublikası ilə  ticarətə zəmanət verməlidirlər”.

Ayətullah Xamenei həmçinin qeyd edib ki, avropalılar  bizim bu istəklərimiz qarşısında  səhlənkarlıq etsələr  İran nüvə fəaliyyətlərini başlamaq hüququnu özündə saxlayır: “Hərtərəfli Birgə Fəaliyyət Planının işləmədiyini görsək,  dondurulmuş fəaliyyətlərin yenidən bərpası çıxış yollarından biridir”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 22:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com