Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2018
09:46
2907
ABŞ Koalisiyası Suriya mövqelərinə zərbələr endirib

ABŞ başda olmaqla koalisiya qüvvələri Deyr əz-Zorda Suriya ordusunun mövqelərinə hava zərbələri endiriblər. FaktXeber.com-un məlumatına görə, bu barədə SANA hərbi mənbələrə istinadla xəbər verib.

«Əl-Bukemal və Xmeymim arasında hərbi mövqelərimiz koalisiya qüvvələrinin təyyarələri tərəfindən hücuma məruz qalıb. Bu terroristlərin konsentrasiyası zamanı baş verib», - deyə agentliyin mühasibi bildirib.

Bundan əvvəl Livanın «Hizbullah» hərəkatı bəyan etmişdi ki, koalisiyanın  təyyarələri Suriya ordusunun T-2 neft stansiyası ərazində 2 mövqeyinə zərbələr endirib.

Çərşənbə günü Suriyanın xarici işlər nazirinin müavini RİA Novosti-yə bildirmişdi ki, ABŞ başda olmaqla koalisiya qüvvələri neft quyularını bombardman etmək niyyətindədir. Səbəb kimi isə koalisiyanın rəsmi Dəməşqin bu quyulardan istifadə etməsinin qarşısını almağı göstərmişdi.

Onun sözlərinə görə, bir sıra yataqlar müxtəlif qruplaşmalar, o cümlədən Demokratik Suriya Ordusunun nəzarətindədir.

2014-cü ilin avqustundan etibarən ABŞ və müttəfiqləri Suriya və İraqda İŞİD-ə qarşı əməliyyat keçirir. Lakin Suriyada əməliyyatlar rəsmi hökumətin izni olmadan həyata keçirilir. ABŞ başda olmaqla koalisiya qüvvələri mütəmadi olaraq aviazərbələr edirlər, nəticədə mülki vətəndaşlar həlak olur. Koalisiyanın özündə etiraf edirlər ki, Suriya və İraqda bir neçə il ərzində keçirilən aviazərbələrdə azı 900 dinc sakin həlak olub.

Məqalədə : Deyr əz-Zor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
314

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
247

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
176

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
166

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
399

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
314

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
250

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
197
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 02:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru