Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2018
09:21
Bağdadda kamikadze özünü parkda partladıb: 7 ölü

İraqın paytaxtı Bağdad şəhərində baş verən partlayışda ən azı yeddi nəfər həlak olub. FaktXəbər bildirir ki, bu barədə yerli güc strukturlarının nümayəndələrinə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, partlayıcı qurğunu terrorçu-kamikadze hərəkətə gətirib. Hadisə parkların birində baş verib.
 
Agentliyin məlumatına görə, 16 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
 
İraqın xüsusi xidmət orqanlarının əməkdaşları terrorçu parka girərkən onun izinə düşsə də, bombanı partlatmağa mane ola bilməyiblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İraq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 22:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com