Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
22:05
10933
Azərbaycanın ən məşhur müəllimini məktəb direktoru polisə verdi - SƏBƏB

Son zamanlar Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin tarixi müəllimi Həbib Əlizadə dərs keçmə üsulu və şagirdlərlə çox mehriban münasibətinə, onların qayğısına qalmasına, məktəbin problemləri ilə yaxından maraqlandığına, onların həllinə köməklik göstərdiyinə görə bütün ölkə tərəfindən rəğbətlə qarşılanır.

Amma bu gün qəfildən Həbib müəllimə Lənkəran rayon Polis Şöbəsindən zəng gəlib və bildirilib ki, müəllimi olduğu məktəbin direktoru Ziyafəddin Cavadov ondan polisə şikayət edib.

FaktXəbər-in məlumatına görə, Lənkəran şəhər Polis Şöbəsindən Həbib müəllimə bildirilib ki, məktəb direktoru təqdimat verərək onun uşaqları icazəsiz Bakıya ekskursiyaya apardığını deyib:

"Əslində isə vəziyyət belədir. Demək şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq istənilirdi. Əgər yerli Təhsil İdarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi, gəzinti olacaqdı. Əks halda gəzinti olmayacaqdı. Bu sadəcə hələ bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi. Təsəvvür edirsinizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar. Özləri isə əsla tarixi ekskursiya təşkil etməyiblər."

Həbib Əlizadənin məlumatına götrə, indiyədək həyata keçirdikləri bütün tədbirləri Təhsil Nazirliyinin və yerli təhsil idarəsinin icazəsi ilə ediblər: 

"Fəalliyyətlərimə görə 2 fevral Gənclər günü ilə bağlı cənab nazir Ceyhun Bayramov tərəfindən təltif olunmuşam. Bu gün isə 2-ci Qrant müsabiqəsinin qalibi olmuşam.

Məktəbdə baş verən bir çox problemlər və çatışmazlıqlar haqda çox vaxt yazmazdım. Mümkün qədər həllinə çalışardıq. Direktordan şəxsim üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə arzuolunmaz müəllim elan olunmuşam. Fikrimcə artıq məktəbdə işləməyimi istəmirlər. Halbuki direktorun öz işlərinə belə şəxsən kömək etmişəm. İndi isə direktor mənə iftira atır, məni ləkələyir. İndiyədək heç bir zaman polis orqanlarında şikayət edilən kimi iştirakım olmayıb, heç piyada kimi də qayda pozuntusu mənə yazılmayıb.

Sabah isə 11:30-da Lənkəran polis şöbəsində olacam."

Məqalədə : Həbib Əlizadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1486

Dünən Bakıda 16 nəfəri gün vurub

25

İyun
12:18
ÖLKƏ
1044

İsrail Qəzzanı işıqsız qoydu

25

İyun
11:45
DÜNYA
142

Çin Rusiya neftindən imtina edir

25

İyun
11:23
DÜNYA
1532

"Amrah Bank" müflis olub

25

İyun
11:12
İQTİSADİYYAT
893

Rusiya AŞ PA-ya qayıdır

25

İyun
11:05
DÜNYA
932

"Bavariya" Saneni razı sala bilməyib

25

İyun
10:23
DÜNYA
902
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 13:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru