Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
21:56
3208
Dövlət Reklam Agentliyi yeni avtomobillər alıb - FOTO

Dövlət Reklam Agentliyi işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atır.

Agentlikdən verilən məlumata görə, artıq müfəttişlərin ərazilərdə monitorinqlər aparması üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillər alınıb.

Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün həmin avtomobillər video-müşahidə kameraları ilə təchiz olunub.

"Agentliyin əsas vəzifələrindən biri də açıq məkanda estetik baxımdan yararsız reklamların yayımının qarşısını almaq, Azərbaycan dilinin dövlət dili olaraq qorunmasını və bu sahədə ekosistemin inkişafını təmin etməkdir, - deyə məlumatda bildirilir. 

Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin 20 iyun 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni həyata keçirməkdir.

"Agentliyin strukturuna daxil 11 Ərazi Reklam İdarəsi yaradılıb. Hazırda bu sahədə mövcud qanunvericiliklə bağlı sahibkarlarla mütəmadi görüşlər keçirilir, maarifləndirici tədbirlər aparılır. Mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir. Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədi ilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təhciz olunması istiqamətində görülən işlərə əsasən, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da tezliklə istifadəyə veriləcək", - deyə Agentlikdən bildirilib. (APA)

Məqalədə : Reklam agentliyi avtomobil 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 12:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com