Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
21:15
10-cu siniflər üçün keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

DİM-dən FaktXəbər-ə verilən məlumata görə, mayın 6-da keçirilən sınaq imtahanında iştirak etmiş şəxslər DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=83 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Şagirdlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 11827 şagirddən 90 nəfəri imtahana gəlməyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : imtahan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 03:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com