Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
16:29
Tələbə qəbulunda daha bir YENİLİK

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına dəyişikliklər edilir.

Bununla bağlı “Təhsil haqqında” qanunun 26-cı maddəsinə (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) yeni 26.1-1 maddə əlavə edilir.

Dəyişikliyə görə, koleclərin məzunları ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, habelə bakalavriatı ( baza ali tibb təhsilini) başa vurmayan şəxslər öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülə biləcək.

Qanunda 26.1-1 maddə  belədir: Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı ( baza ali tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Subbakalavr — оrta iхtisas təhsili pilləsində məzunlara verilən peşə-iхtisas dərəcəsidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tələbə qəbulu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 14:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com