Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
15:10
DİQQƏT! Bu meyvələrdən uzaq durun - VİDEO

May ayı gələr-gəlməz çiyələk, alça artıq satışa çıxarılıb. FaktXəbər ARB 24-ə istinadən xəbər verir ki, buna səbəb mövsümi meyvələrin tez yetişməsi üçün dərmanlardan istifadə edilməsidir. 

Gəray Əsgərov - Alıcı: "Çiyələyin hələ vaxtı deyil. Yayda yaxşıdı, indi bir o qədər də yaxşı deyil. Gübrə qatırlar, nə qatırlar bilmirəm".

Ələddin Hacıyev - Alıcı: "Bir azdan yaxşı olur. İndi almaq düzgün deyil. Gübrəlidi, tamı da yoxdu".

Bəzi insanlar isə belə meyvələrin zərərindən məlumatsızdır. Satıcılar da bundan istifadə etməyə çalışırlar. 

Ramin Camalov - Satıcı: "Alıcı qüvvəsi yaxşıdı. Səhər 100 kiloqram gətirmişəm, saat 12-di 30-40 kiloqram satmışam".

Mütəxəssislərin sözlərinə görə, yalnız təbii yolla yetişdirilən çiyələk və alça sağlamlıq üçün faydalır. Bu meyvələr qanı tənzimləyir, əhvalı yüksəldir və stressi azaldır. Amma bunu indi satılan meyvələrə aid etmək olmaz. Süni yolla yetişdirilən çiyələk yaxşı görünüşə malik olur, dadı isə yoxdur. 

Məshəti Hüseynova - Ekspert: "Biz əvvəllər meyvəni çox saxlaya bilmirdik açıq havada. Lakin indi günlərlə qalır, aylarla qalır. Məsələn, çiyələyi götürsək, görürsüz ki, nə forması dəyişir, nə rəngi dəyişir. Olduğu kimi qalır. Bu tip meyvələr geni dəyişdirilmiş orqanizmdir". 

Mütəxəssislər insanları geni dəyişdirilən məhsullardan uzaq olmağa çağırırlar. Xüsusilə də, hamilə qadınları və uşaqları. Belə qidalar insanların sağlamlığında tədricən problem yaradır. 

Aygün Məmmədova - Həkim: "Uşaqlarda müxtəlif allergik xəstəliklər yaranır. Mədə-bağırsaq pozğunluğu yaranır, qızdırma olur. Bir müddət keçəndən sonra xəstələrin dəriləri üzərində "övrə" deyilən allergik formada köpükcüklər yaranır və qaşınır. Bunun nəticəsində də gələcəkdə uşaqlarda allergik fonun yaranır".

Mədə xorası, qastrit, böyrək daşı xəstəliyindən əziyyət çəkənlərin və təzyiq dərmanı qəbul edənlərin süni yetişdirilən çiyələkdən uzaq durması tövsiyə edilir. Mütəxəssislər geni dəyişdirilmiş orqanizmlərlə bağlı maarifləndirmənin aparılmasını vacib sayırlar. 

Məshəti Hüseynova - Ekspert: "Bu maarifləndirmə yaxşı olardı ki, həm orta məktəblərdə, həm ali təhsil ocaqlarında aparılsın. Həmçinin də iş adamları arasında. Birgə səfərbər olmaq lazımdır ki, bəşəriyyətin bəlası sayılan geni dəyişdirilmiş orqanizmlərdən uzaq olaq". 

Eyyub Hüseynov - Ekspert: "Alıcı seçim edə bilər. Seçim zamanı, misal üçün, çiyələyi götürür, kəsir görür ki, çox bərkdi. Kəsəndə içindən bir göy zoğ çıxır və içərisində toxum da yoxdur. Artıq o çiyələk haqqında mənfi fikirdə ola bilər. Çünki bunlar geni dəyişdirilmiş çiyələyin əlamətləridir. Bütün hallarda mövsümi olmayan malların alışı zamanı istehlakçılar ehtiyatlı olsunlar". 

Ekspertlərin sözlərinə görə, bazarlarda çiyələklə yanaşı, geni dəyişdirilən pomidor, qarpız, kartof və soya kimi qidalar da satılır. Odur ki, satışda qarşınıza eyni ölçüdə, saf, və mövsümündən tez yetişən qidalar çıxarsa, onlardan uzaq durmağa çalışın. Əks halda bu, sizin üçün xoşagəlməz hallarla nəticələnə bilər.

Məqalədə : meyvə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19516

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18122

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19482

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19053

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24591

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19041

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19191
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 21:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru