Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
14:40
4392
Jurnalist qız canlı yayımda ona tərəf qaçan atı saxladı - VİDEO

Britaniyanın Sky Sports telekanalının jurnalisti Xeyli Mur canlı yayımda qaçan atı saxlayaraq, verilişinə davam edib. FaktXeber.com-un The Telegraph-a istinadla verdiyi məlumata görə, hadisənin görüntüləri YouTube-da yayımlanıb.

Məlum olub ki, jurnalist Çepstou at yarışları barədə reportaj hazırlayırmış. Bu zaman yaxınlıqda olan at üstündəki adamı yerə çırparaq düz qıza tərəf qaçmağa başlayıb. Lakin aparıcı özünü itirməyib və atın cilovundan yapışaraq, onu saxlayıb.

Qadın üzündən zədə alaraq düz atın ayaqları altına düşsə də, heyvanı saxlaya bilib. Hadisədən cəmi bir neçə dəqiqə sonra o, yarışın qalibindən müsahibə götürüb.

The Telegraph bildirir ki, jurnalist qız uşaq vaxtlarından atlarla davranmağı bilir. Onun atası at idmanı sahəsində əməkdar təlimçi, qardaşları isə məşhur jokeydirlər.

Məqalədə : aparıcı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 21:11



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com