Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
14:39
İsveçin 8 qırıcısı Estoniya aviabazasına enib - FOTO

İsveçin Hərbi Hava Qüvvələrinə məxsus "Saab JAS 39" tipli 8 ədəd qırıcı Estoniyanın paytaxtı Tallindəki "Emari" aviabazasına gəlib. FaktXəbər bildirir ki, bu barədə Estoniyanın Müdafiə Naziliyi məlumat yayıb.

"Emari" aviabazasına İsveçin "C-130 Hercule" hərbi-nəqliyyat təyyarəsi də eniş edib. Hər iki ölkənin aviasiyasının birgə təlimlərdə iştirakı gözlənilir.
 
Qeyd olunur ki, İsveç Hərbi Hava Qüvvələrinin təxminən yüz əsgəri bazada mayın 31-dək qalacaq. Uçuşlar isə fasiləsiz aparılacaq.
 
İsveçli kontingentinin komandanı polkovnik-leytenat Anders Vendel deyib ki, təlimlərin başlanmasını səbirsizliklə gözləyir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İsveç aviasiyası 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 14:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com