Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
13:02
3927
Yəməndə husilər 5 səudiyyəli hərbçini məhv edib

Yəmən ordusu və könüllülər Səudiyyə Ərəistanı ilə sərhəddə zabit də daxil olmaqla 5 səudliyyəli hərbçini məhv edib. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə SPA xəbər yayıb.

«Kapitan Əhməd ben Vabil əl-Vabil 4 digər səudiyyəli hərbçi ilə sərhəddin cənub zolağında husilərlə döyüşdə həlak olub», - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Yəmən ordusu könüllülərlə birgə keçirdikləri əməliyyatların görüntüsünü mütəmadi olaraq paylaşmasına baxmayaraq Səudiyyə Ərəbistanı uzun illərdən bəri ilk dəfədir ki, öz itkiləri barədə etiraf edib. 

Səudiyyə başda olmaqla koalisiya qüvvələri 2015-ci ildən bəri Yəmənə mütəmadi aviazərbələr endirirlər. Nəticədə yüz minlərlə sakin evlərindən didərgin düşüb, on minlərlə insan həlak olub və yaralanıb. Bundan başqa ölkə vəba və difteriya epidemiyasının əsarətindədir, qıtlıq hökm sürür.

Bütün bunlara cavab olaraq Yəmən ordusu və husilər Səudiyyənin sərhəd rayonlarında tez-tez əməliyyatlar keçirirlər. 

Məqalədə : husilər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1701

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1457

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
429

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
193

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1172

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
967
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 13:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru