Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
11:48
2553
Ukrayna MDB-dən çıxsa 3 milyon iş yerini itirəcək

Ukrayna Müstəqil Dövlətlər Birliyini (MDB) tərk etməklə milyardlarla dollar ziyan görə bilər. FaktXəbər bildirir ki, bu barədə "Rzeczpospolita" qəzeti yazıb.
 
Yazıda qeyd olunur ki, Kiyev MDB-nin nizamnaməsini ratifikasiya etməyib, lakin onun çərçivəsində vizasız rejim haqqında saziş, o cümlədən, miqrasiya və humanitar sahələrdə əməkdaşlıq, eləcə də istintaq orqanlarının və əməkdaşlıq sənədlərinin qarşılıqlı tanınması haqqında minlərlə sənəd imzalayıb.
 
Hazırda Kiyev müəyyən etməlidir ki, bunların hansı Ukraynanın maraqlarına uyğun gəlmir.
 
"Əgər Ukrayna bu razılaşmaları pozsa, onda üç milyon ukraynalı Rusiyada işləyə bilməyəcək. Kiyevdə özlərini göstərmək üçün əllərindən gələni edirlər. Gürcüstan MDB-ni tərk etsə də, amma ona sərfəli müqavilələrə əməl edir",-deyə professor Andrey Sudaçev bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, Kiyev MDB çərçivəsində bütün beynəlxalq müqavilələrə baxış keçirəcək. Poroşenko həmçinin Ukraynanın MDB üçün bir sıra müqavilələrinin dayandırılması barədə fərman imzalayıb.

Məqalədə : Ukrayna 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 07:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com