Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
11:00
10791
Şəhid əsgərimizin qisası alındı

İşğalçı Ermənistan ordusu dünən axşam cənub-qərb istiqamətindəki hərbi hissələrin birində daha bir hərbçisini itirib. FaktXəbər "News.am" saytına istinadən bildirir ki, atəşkəs rejimini pozan erməni əsgər Martin Xaçaturyan qarnından aldığı güllə yarasından ölüb.

Gümrüdən hərbi xidmətə çağrılan 1998-ci il təvəllüdlü əsgərin ölüm faktını Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib.

Qeyd edək ki, Ermənistanın növbəti təxribatı nəticəsində bir neçə gün əvvəl hərbi qulluqçumuz şəhid edilmişdi. Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olmuşdu. Müdafiə Nazirliyinin bununla bağlı bildirmişdi ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq.


Məqalədə : erməni 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 05:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com