Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
10:40
Hadı Rəcəbli: Niyə axı məni təhqir edirlər?

“Mənə çox təəccüblüdür, niyə axı, sosial şəbəkələrdə mənə qarşı bu cür etikadan, siyasi mədəniyyətdən kənar münasibət sərgilənir? Hər gün təhqir olunuram. Bunu edənlər vicdanlarına baş vursunlar”. 

Bu sözləri gununsesi.info-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli sosial şəbəkələrdə təhqir olunması faktına münasibətində deyib.

Qeyd edək ki, zaman-zaman facebook istifadəçilərinin hədəfinə tuş gələn komitə sədrini bu dəfə 3 gün öncə övladı şəhid olmuş bir ata ilə müqayisə ediblər. Hər iki şəxsin fotosunu paylaşan facebook istifadəçiləri şəhid atasından təxminən 10 yaş böyük olan Hadi Rəcəblinin daha gümrah, daha sağlam olmasını yazır.

Saytımıza açıqlamasında Hadi Rəcəbli belə bir müqayisənin qüsurlu olduğunu deyərək, əlavə edir ki, övladını itirən atanın o vəziyyətdə fotosunu paylaşmaq doğru hal deyil: “Birincisi, o atanın övladı vətən uğrunda şəhid olub. Övladını itirmiş atanın təbii ki, beli bükülür. Ancaq bu cür fotoları paylaşmaq doğru deyil, bizə düşmən baxır. Mənim gümhrah olmağımı yazanlara isə deyirəm ki, hər gün özümə əziyyət verib, idmanla məşğulam”.

Tez-tez gündəmə gəlməsini rəhbəri olduğu komitəsinin fəaliyyəti ilə əsaslandıran Hadı Rəcəbli bildirib ki, əhalinin həssas təbəqəsi ilə işləmək çətindir: “Mən təkcə ötən həftə 61 vətəndaş qəbul etmişəm. Hər gün bir neçə nəfər qəbul edirəm. Əlimdən gələni gələni edirəm ki, insanların problemləri həll olunsun. Elə hal olub ki, görmüşəm telefonla, məktubla həll olunmur, durub özüm nazirin qəbuluna getmişəm. Bu gün sosial şəbəkələrdə məni qınayanlar, yaxşı olardı ki, aldığım təşəkkür məktublarına da yer ayırardılar. Çalışmışam mediaya açıq olam. Amma bir də görürsən demədiyim sözləri ictimailəşdirirlər. Bu jurnalisti tapanda isə üzrxahlıq edir. Belə olmaz. Mən əzblar, görmüşəm, çətinlikləri yaşamışam, nə qədər ədalətsizliklərin şahidi olmuşam. Məni tanıyanlar bunu yaxşı bilir”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hadı Rəcəbli 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 22:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com