Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
10:21
3519
ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

Birləşmiş Ştatlar Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinə islahatlar aparılması üçün 140 milyon dollar ayrılmasını nəzərdən keçirməyə hazırdır. FaktXəbər "tvzvezda"ya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo məktub yazıb.

Məktubun mətni Amerika Erməni Milli Komitəsi tərəfindən ictimaiyyətə təqdim olunub.

"Biz "Minilliyin Çağırışları" korporasiyasının xətti ilə Ermənistana qrant ayrılması haqqında məsələyə baxmağa hazırıq",-deyə məktubda deyilir.
 
Buna qədər komitə Ermənistana 40 mln. dollar maliyyə yardımı ayrılması ilə əlaqədar ABŞ Dövlət Departamenti məktub göndərib.
 
Müraciətin təşəbbüskarları iddia edirdilər ki, pul islahatların dəstəklənməsi üçün lazımdır.

Məqalədə : Paşinyan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 05:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com