Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
09:46
Tramp Çin prezidentini `beynəlxalq səviyyəli qumarbaz` adlandırıb

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında planlaşdırılan görüş baş tutmaya bilər. FaktXəbər "RT"yə istinadən bildirir ki, bu barədə ictimaiyyətə Ağ Ev rəhbəri məlumat verib.

Tramp Cənubi Koreya prezidenti Mun Je İnlə görüşdə bildirib ki, 12 iyunda Sinqapurda keçirilməsi nəzərdə tutulan görüşün baş tutması Kim Çen Indan asılıdır.

Birləşmiş Ştatların prezidenti həmçinin deyib ki, Şimali Koreya lideri Çinə səfərindən sonra onun rəftarında dəyişiklik müşahidə edilir. Tramp daha sonra Çin prezidenti Xi Jinpingi "Pokerdə dünya səviyyəli oyunçu" adlandırıb və onun Koreya yarımadasında sülhün tərəfdarı olduğuna ümid etdiyini dilə gətirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 15:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com