Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
09:24
Nazirlik çimərliklərin monitorinqinə başlayıb

Çimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov APA-ya bildirib ki, monitorinq oktyabrın 1-dək aparılacaq. Onun sözlərinə görə, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək.

Z. Kazımov qeyd edib ki, monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılacaq: “Eyni zamanda, dəniz suyu kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Analizlərin nəticələrinə əsasən, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.

Qeyd edək ki, 2017-ci ildə aparılmış müayinələrin nəticələrinə görə, Qaradağda “Sahil”, Səbaildə “Şıx” və Sumqayıt çimərliklərində bakterioloji çirklənmə müşahidə olunub. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : çimərlik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 23:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com