Bakıda daha bir avtobus sürücüsü döyüldü – VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2018
22:50
5317
Bakıda daha bir avtobus sürücüsü döyüldü – VİDEO

Paytaxtdakı avtobuslardan birində sürücü ilə sərnişin arasındakı mübahisə soradan davaya çevrilib. Bununla bağlı kadrlar lentə alınıb.

Hadisə 125 saylı marşrut üzrə hərəkət edən avtobusda baş verib. Avtobusa uşağı ilə minmək istəyən qadınla sürücü arasindakı mübahisə gediş haqqı üstündə yaranıb. Belə ki, sürücü qadından usağa görə də əlavə 25 qəpik ödəməyi tələb edib. Lakin sərnişin sürücünün bu tələbini yerinə yetirmək istəməyib.

Bu zaman salondakı sərnişinlərdən biri yaxınlaşaraq uşaq üçün də gediş haqqı ödəyib. Qadin sərnişin yenə mübahisəsini davam etdirərək sürücüyə "sən mənə 25 qəpik borclusan" deyib. Sürücü də öz növbəsində bildirib ki, ödənişi edən oğlan ödəməyəydi.

Bundan sonra oğlan və dostları sürücü ilə mübahisə etməyə başlayıblar. Sürücü onları mübahisəni sonuncu dayanacaqda davam etdirəcəyi ilə bağlı hədələyib. Sürücünün yoluna davam etməsi oğlanların aqresivləşməsinə səbəb olub. Hadisə şahidlərinin dediyinə görə, onlar marşrut hərəkətdəykən sürücüyə hücum ediblər. Sürücünün döyülməsinə digər sərnişinlər çətinliklə də olsa mane ola biliblər.

Qeyd edək ki, dava zamanı avtobusun şüşəsi sındırılıb.

Bakubus MMC-dən bildirilib ki, sürücü artıq hüquq mühafizə orqanlarına müraciət edib. Bundan əlavə şirkət tərəfindən də müvafiq sənədlər hazırlanır ki, polisə təqdim edilsin.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirib ki, məsələ araşdırılır. Nəticəyə uyğun olaraq daşıyıcı tərəfindən tədbir görüləcək.

Məqalədə : Bakubus sürücü 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 14:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com