Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2018
16:21
6523
Ağdaşda Qarabağ döyüşçüləri aksiya keçirdi – VİDEO

Dünyasını dəyişmiş Qarabağ əlilinin ailəsinin elektrik borcuna görə işıqları kəsilib. Buna görə Ağdaşda etirazlar başlayıb.

Ağdaş rayon sakini Fəzail Cəbrayılov Qarabağda döyüşüb və əlil düşüb. Bu yaxınlarda isə o, dünyasını dəyişib. Döyüşçünün ailəsi isə kasıb vəziyyətdə yaşayır. Onlar imkansızlıqdan elektrik borcunu vaxtında ödəyə bilməyiblər.

14 manat elektrik borcuna görə, ailənin işığı “Azərişıq” tərəfindən kəsilib. Bunu öyrənən 1-ci qrup Qarabağ əlili Eyvaz Lətifov işıq idarəsinə gedərək, buna etiraz edib. E.Lətifov deyib ki, onlar Qarabağda döyüşən, əlil olan birinin ailəsidir. Bir az güzəşt edin. Prezidentin də göstərişi var ki, güzəştlər edilsin. Bu ailə də kasıbdır. 14 manata görə işıqlarını kəsməyin. Müavinətləri hələ verilməyib, bir az gözləyin.

Ona cavab verən “Azərişıq” ASC-nin Ağdaş rayon idarəsinin rəisi olan Mirkazım Qubadov adlı şəxs deyib ki, 1 manat borcları belə olsa işıqları kəsilməlidir. Tapşırıq belədir. Qarabağ döyüşçüsü olsa da fərq etmir. Bu zaman onların arasında dava düşüb. İdarəyə polis çağırılıb və Eyvaz Lətifov bölməyə aparılıb. Sonra isə azad edilib.

Bütün bunlardan sonra rayonda yaşayan Qarabağ döyüşçüləri və əlilləri etiraz aksiyası keçiriblər. Onlar “Azərişıq” ASC-nin Ağdaş rayon idarəsinin qarşısına yürüyüş edib, rəisin işdən çıxarılmasını tələb ediblər.

Dünyasını dəyişmiş Qarabağ əlilinin ailəsinin elektrik borcuna görə işıqları kəsilib. Buna görə Ağdaşda etirazlar başlayıb.

Ağdaş rayon sakini Fəzail Cəbrayılov Qarabağda döyüşüb və əlil düşüb. Bu yaxınlarda isə o, dünyasını dəyişib. Döyüşçünün ailəsi isə kasıb vəziyyətdə yaşayır. Onlar imkansızlıqdan elektrik borcunu vaxtında ödəyə bilməyiblər.

14 manat elektrik borcuna görə, ailənin işığı “Azərişıq” tərəfindən kəsilib. Bunu öyrənən 1-ci qrup Qarabağ əlili Eyvaz Lətifov işıq idarəsinə gedərək, buna etiraz edib. E.Lətifov deyib ki, onlar Qarabağda döyüşən, əlil olan birinin ailəsidir. Bir az güzəşt edin. Prezidentin də göstərişi var ki, güzəştlər edilsin. Bu ailə də kasıbdır. 14 manata görə işıqlarını kəsməyin. Müavinətləri hələ verilməyib, bir az gözləyin. Ona cavab verən “Azərişıq” ASC-nin Ağdaş rayon idarəsinin rəisi olan Mirkazım Qubadov  adlı şəxs deyib ki, 1 manat borcları belə olsa işıqları kəsilməlidir. Tapşırıq belədir. Qarabağ döyüşçüsü olsa da fərq etmir. Bu zaman onların arasında dava düşüb. İdarəyə polis çağırılıb və Eyvaz Lətifov bölməyə aparılıb. Sonra isə azad edilib. Bütün bunlardan sonra rayonda yaşayan Qarabağ döyüşçüləri və əlilləri etiraz aksiyası keçiriblər. Onlar “Azərişıq” ASC-nin Ağdaş rayon idarəsinin qarşısına yürüyüş edib, rəisin işdən çıxarılmasını tələb ediblər.(minval.info)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

May
14:01
ÖLKƏ
1143

İlqar Məmmədov polisə çağırıldı

22

May
12:52
HÜQUQ,HADİSƏ
85

Günün qarşılaşmaları TV AFİŞA

22

May
12:30
İDMAN
992

Kolleclərə qəbul üzrə minimal ballar

22

May
12:22
ELM / TƏHSİL
572

Ümidli və ümidsiz insan arasındakı fərq

22

May
12:07
RAMAZAN AYI
112
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 14:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru