Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2018
16:21
İsrail F-35 qırıcısı ilə Suriya ərazisini bombalayıb

Türkiyə istehsalçı ölkələrdən olmasına baxmayaraq F-35 təyyarəsinə hələ malik olmadığı bir vaxtda, İsrail bu qırıcılarla Suriyanı bombardman edib. FaktXəbər "Sputnik"ə istinadən bildirir ki, bu barədə ictimaiyyətə İsrail Hava Qüvvələrinin komandanı Amikam Norkin məlumat verib.
 
F-35 kabus təyyarəsi ilə operativ hücum təşkil edən ilk ölkə olduğunu açıqlayan israilli komandan Suriya ərazisindəki hərbi bazalara zərbə endirilərkən qırıcılardan 2 dəfə istifadə olunduğunu deyib.

Qeyd edək ki, F-35 döyüş təyyarəsi Türkiyə daxil olmaqla, 9 ölkənin Müştərək Hücum Təyyarəsi proqramı çərçivəsində istehsal olunur. Bu proqramı ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, İtaliya, Hollandiya, Norveç, Danimarka və Türkiyə birgə şəkildə maliyyələşdirir.

Bu günə qədər F-35-i sifarişi verən ölkələr ABŞ, İsrail, Türkiyə, Böyük Britaniya, Avstraliya, Norveç, Danimarka, Hollandiya, İtaliya, Yaponiya və Cənubi Koreya olub.
 
İsrail ABŞ-dan sonra F-35 sifarişləri təmin olunan ilk ölkədir. Sifariş etdiyi 50 təyyarədən 2-ni 2016-ci ilin dekabrında təhvil alıb. Bu günə qədər isə 9 ədəd F-35 döyüş təyyarəsinə yiyələnib.

Xatırladaq ki, Birləşmiş Ştatlar Türkiyəyə F-35 təyyarələrini verməyə tələsmir. Buna səbəb Ankaranın Rusiyadan "S-400" zenit-raket kompleksi sifariş verməsidir. Vaşinqton Türkiyəni bu addımından yayındırmaq üçün F-35-ləri verməməklə hədələsə də, Türkiyə bundan vaz keçməyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : F-35 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 13:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com