Suriya ordusu 7 ilin ən genişmiqyaslı hücumuna hazırlaşır

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2018
14:41
3700
Suriya ordusu 7 ilin ən genişmiqyaslı hücumuna hazırlaşır

Suriya Ərəb Ordusu 7 illik müharibə dövrünün ən genişmiqyaslı hücumuna hazırlaşır – hökumət qüvvələri  cənub əyalətləri olan əl-Kuneytraya və Deraaya yollanırlar.

FaktXeber.com-un ərəb mediasına istinadla verdiyi məlumata görə, Dəməşqdə qələbədən sonra Suriya ordusunun minlərlə hərbçisi ölkənin cənub qərbini «Azad Suriya Ordusu», «Həyat Təhrir əş-Şam» və İŞİD-dən təmizləmək üçün qonşu regionlara paylaşılıblar.

Bildirilir ki, bəzi qruplaşmalar artıq müqavimət göstərməyi dayandırıblar. Nahac yaşayış məntəqəsini tutan terrorçular silahlarını yerə qoyaraq, təslim olublar.

Dəməşqdə olan hərbi mənbə bildirib ki, ilkin mərhələdə sərhəd Nassib məntəqəsi azad ediləcək. Bundan sonra Silahlı Qüvvələr Deraanın şimal-şərqindən Lacat yaşayış məntəqəsinin təmizlənməsinə başlayacaq.

Ərəb mediası planın Suriyada müharibə dövrünün ən genişmiqyaslı hücum əməliyyatı adlandırırlar: Bundan əvvəlki geniş miqyaslı əməliyyatlardan fərqli olaraq, artıq digər cəbhələrdə döyüş aparmaq zərurəti olmadan bütün qüvvələri bir zərbədə birləşdirmək mümkün olub.

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 14:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com