Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2018
12:05
Nazirlik ATU-nun tələbələrinə işləməyə icazə verib

Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurs tələbələri bundan sonra universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsili işçi vəzifələrində işləyə biləcəklər. 

Universitetdən FaktXəbər-ə verilən məlumata görə, bu barədə ATU-nun rektoru Gəray Gəraybəylinin Səhiyyə Nazirliyinə müraciətinə cavab məktubunda bildirilib. 

Məktubda qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 46-cı maddəsinə əsasən, ali tibb və əczaçılıq təhsilinin başa vurmamış şəxslər müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Odur ki, Səhiyyə Nazirliyi ATU tələbələrinin bu vəzifələrdə işləməsinə icazə verib.

Bununla bağlı, müalicə profilaktika fakültəsinin tələbələri 3-cü kursu bitirdikdən sonra stomatologiya, ictimai səhiyyə və əczaçılıq tələbələri isə 4-cü kursu bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin klinikalarında və universitetin bazası olan müalicə müəssisələrində müvafiq orta tibb təhsilli işçi vəzifələrində (diplomaqədər) işə qəbul oluna bilərlər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Səhiyyə Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 14:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com