Bakıdakı partlayışa görə yüksək vəzifəli məmur saxlanıldı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2018
11:15
2989
Bakıdakı partlayışa görə yüksək vəzifəli məmur saxlanıldı

Dünən Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş dəhşətli partlayışla bağlı vəzifəli şəxs tutulub.

3 nəfərin ölümünə səbəb olan güclü partlayışın baş verdiyi çayxananın yerləşdiyi Azərtransservis ASC-nin sədri Haqverdiyev Eyyub Məmməd oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, ASC Əhməd Rəcəbli küçəsi 304 ünvanında yerləşir və həmin çayxananın idarənin həyətində fəaliyyət göstərdiyi üzə çıxıb. Qaz sızmasından baş vermiş güclü partlayış nəticəsində orada olan 4 nəfərdən 2-si hadisə yerində, biri isə xəstəxanada vəfat edib. Digər yaralının vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi (səhlənkarlıq, 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. /lent.az

Məqalədə : Bakıda partlayış 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 14:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com