Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2018
16:08
Ordumuzun şəhid əsgəri dəfn edilib - FOTO - VİDEO

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu dəfn edilib.

Şəhid rayonun Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Şəhidin dəfn mərasimində ailə üzvləri ilə yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sadə insanlar iştirak ediblər.

Şəhidin məzarı üzərində yaylım atəşi açılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əsgər şəhid 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 13:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com