Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2018
12:22
Əlilliyin təyin olunması sahəsində islahatlar aparılacaq

"Əlilliyin təyin olunması ilə bağlı məsələləri araşdırırıq və bu sahədə biz islahatlar aparmaq istəyirik".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.

S. Babayevin sözlərinə görə, həm qanunvericilik, həm prosedur baxımından, həm də ümumilikdə bu prosesin sosial ədalətli olması baxımından islahatlar aparmağa ehtiyac var.

 "Əlilliyin meyarlarına baxılmalı, beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır, ərizə-müraciətlərin təqdim olunma forması araşdırmalıdır, bu sahə ilə məşğul olan müxtəlif dövlət orqanlarının işi əlaqələndirilməlidir, prosesi tam şəffaf şəkildə etmək istəyirik. Prosesin hər hansı ləngimə və ya administrativ-bürokratik maneə ilə rastlaşmamasını təmin etmək istəyirik. İstəyirik ki, buna haqqı çatan hər bir şəxsin buna çıxışı olsun, çatmayanların isə qarşısı alınsın. Bu işlər sistemli şəkildə görüləcək. Bununla bağlı müvafiq komissiya yaradılıb. Həm Səhiyyə Nazirliyində işçi qrupu, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu yaradılıb. Bu iki işçi qrup birgə işləyərək kriteriya baxımından, normativ hüquqi baza baxımımdan və prosedur baxımından təkliflər hazırlayırlar",- deyə nazir qeyd edib.(APA)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Sahil Babayev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 03:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com