MÜDAFİƏ NAZİRLİYİ: Şəhidin qisası qısa müddətdə alınacaq

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2018
17:11
4066
MÜDAFİƏ NAZİRLİYİ: Şəhidin qisası qısa müddətdə alınacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu bu gün şəhid verib. FaktXeber.com-un Qafqazinfo-ya istinadla həmin əsgərin fotosunu təqdim edir.

***

15.45

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub. FaktXeber.com-un Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətində yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq.

Məqalədə : şəhid 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 01:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com