Rusiyada azərbaycanlı `pomidor kralı` həbs edilib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2018
13:58
3642
Rusiyada azərbaycanlı `pomidor kralı` həbs edilib

Rusiyanın Mtişı şəhərində yüksək vəzifədə və çox ulduzlu "paqonu" olan korrupsionerlər qeri-qanuni ticarətə nəzarət edən şəxsə qarşı istintaq aparılmasına maneə törədirlər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə "Russkaya Vesna"ya hüquqmühafizə orqanlarından olan bir mənbə məlumat verib.

Bildirilir ki, azərbaycan əsilli Vahid Novruzov may ayının 14-də RF FTB-nin  Moskva İdarəçiliyi tərəfindən Mtışi şəhərində "Bakinskiy bulvar" restoranında elə öz həmvətənlərinin gözü qarşısında həbs olunub.

Kriminal dairələrdə də tanınan və şəhərdə bütün pərakəndə və küçə satışlarına nəzarət edən, həmçinin avtoservis və kafe sahibi olan biznesmen vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur. Həmçinin hesab olunur ki, o, genişmiqyaslı korrupsiya sxeminə cəlb edilib. "Pomidor kralının imperiya"sının miqyasını nəzərə alaraq mənbə hesab edir ki, o sıravi polislərlə deyil, yerli Daxili İşlər İdarəsinin rəhbərliyi ilə əlaqədə olub.

"Pomidor kralı" kimi də tanınan Vahid Novruzov məhkəmənin qərarı ilə hələ ki, azı 2 ay müddətinə həbs olunub.

Məqalədə : avtoritet 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 14:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com