Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2018
12:42
3455
Balkan ölkələrində Ərdoğana qarşı sui-qəsd planlaşdırılıb

Türkiyə kəşfiyyat qurumlarının aldığı məlumata görə, Bosniya Hersoqovinya səfərinə hazırlaşan TC prezidenti Rəcəb Tayib Ərdoğana qarşı Balkan ölkələrində sui-qəsd planlaşdırılıb.

FaktXeber.com-un Haber-7-yə istinadla verdiyi məlumata görə, bu barədə kəşfiyyat qurumları Makedoniyanın paytaxtı Skopyedə yaşayan türklərdən məlumat alıblar.

"Yaxın vaxtlarda Balkan ölkələrinə səfəri zamanı bir qrup  türk əsilli şəxs  Ərdoğana qarşı sui-qəsd hazırlayıb", - deyə məlumat verilib.

Bununla bağlı artıq istintaqa başlanılıb. Hələ ki, sui-qəsd planının vaxtı, tarixi, yeri  sui-qəsd planının metodu barədə dəqiq məlumat yoxdur.

Məqalədə : Ərdoğan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 07:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com