Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2018
11:25
2718
Məşhur kardiocərrahdan səhiyyə nazirinin onu işdən çıxarması iddialarına AÇIQLAMA

Məşhur kardiocərrah, tibb elmləri doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudov Bakı Ürək Mərkəzindəki işindən ayrılması ilə bağlı xəbər saytlarında və sosial mediada yayılan xəbərlərə münasibət bildirib. 

FaktXeber.com-un məlumatına görə, məşhur kardiocərrah Bakı Ürək Mərkəzinə Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunduğunu və buradakı fəaliyyətilə əlaqədar 1 illik əmək müqavilə bağlandığını bildirib: "Müqaviləyə görə əsas vəzifələrim Bakı Ürək Mərkəzində ürək cərrahiyyəsinin və mərkəzinin qurulması, müalicələrin təşkili, peşəkar tibb heyətinin yaradılması və yerləşdirilməsi, yeni prosedurların tətbiqi işlərinin təşkil olunmasına kömək etməkdən ibarət olub. Ümid edirəm ki, qarşıma qoyulan məsələlərin öhdəsindən layiqincə gəlmişəm və Bakı Ürək Mərkəzi hazırda regionun qabaqcıl müalicə müəssisələrindən birinə çevrilib. Artıq müqavilənin müddəti başa çatıb. Verilən tapşırıqlar icra olunduğu üçün yenidən müqavilə müddətinin uzadılmasına zərurət duyulmayıb".

O, vurğulayıb ki, Bakı Ürək Mərkəzi özəl xəstəxana olduğu üçün həmin xəstəxanaya işə təyinat və işdən azad etmə ilə bağlı sərəncamlar səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən verilmir: "Bu baxımdan, onun sərəncamı ilə işdən azad olunmağım barədə saytlarda dərc olunan məlumatlar həqiqətdən tam uzaqdır".

Deputat həmçinin media mənsublarına müraciət ünvanlayaraq, son 3 ayda xəbər saytlarında yayılan, həqiqətlə heç bir əlaqəsi olmayan, uydurma və absurd məlumatlara həssas yanaşmalarını xahiş edib: "Mən həkim, müəllim və millət vəkiliyəm. Bir insan üçün bundan şərəfli iş ola bilməz. Bu adları ləyaqətlə daşımaqdan başqa amalım və hədəfim olmayıb, yoxdur və olmayacaq da".

Həkim gənc yaşlarından ona göstərilən yüksək etimadı hər zaman doğrultmağı özünə borc bildiyini, bu etimad nəticəsində malik olduğum dəyərlərə kölgə salan hər bir sözü, fikri, hərəkəti qətiyyətlə rədd etdiyini deyib.

"İndi bizim üçün müqəddəs sayılan Ramazan ayıdır. Qarşıdan Ramazan bayramı gəlir. Bəri başdan hamını qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımıza və dövlətimizə əmin-amanlıq arzulayıram!”, - deyə Milli Məclisin deputatı Rəşad Mahmudov sözlərini yekunlaşdırıb.

Məqalədə : Rəşad Mahmudov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 21:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com