Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2018
21:44
Qroznıda kilsəyə hücum: Ölənlər var

Dörd döyüşçü Qroznının mərkəzində Arxanqel Mixail kilsəsində ibadət edənləri ələ keçirməyə cəhd edib.

FaktXəbər-in RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib:

“Xüsusi əməliyyat zamanı döyüşçülər məhv edilib. Bir polis əməkdaşı aldığı güllə yarasından həlak olub. Kilsədəki adamlardan biri də yaralanıb. Əldə olunmuş məlumata əsasən, döyüşçülər Qərb ölkələrindən birindən əmr alıb”.

Döyüşçülərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan  ikisi Geldagan kəndinin sakinləri, biri Grozni yaxınlığında yerləşən Argün kəndindəndir. Çeçen Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, qrupun lideri qonşu regionlardan birinin sakinidir.

Bu haqda Kadırov öz Telegram kaalında yazıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 14:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com